MKE Samsunda müdafiə sənayesi istehsal mərkəzi yaradır

2025/02/1739956620.jpg
Oxunub: 493     17:16     03 Mart 2025    
“Makine ve Kimya Endüstrisi AŞ” (MKE) Samsunda 2 milyard lirəlik sərmayə ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyac duyduğu strateji məhsulları istehsal edəcək.

Ordu.az xəbər verir ki, Samsun Valiliyinin verdiyi açıqlamada Türkiyənin müdafiə sənayesinin dünya markası olan MKE AŞ-nin Samsuna sərmayə qoyacağı bildirilib.

“MKE AŞ-nin Samsunda müdafiə sənayesi istehsal mərkəzinə çevirəcəyi yeni obyekt şəhərimizə və millətimizə xeyirli olsun. “Makine ve Kimya Endüstrisi AŞ” Milli Müdafiə Nazirliyimizə təhvil verilən “Çarşamba Şeker” Zavodunda 2 milyard lirə sərmayə ilə Türkiyə Silahlı Qüvvələrimizin ehtiyac duyduğu strateji məhsulları yerli imkanlarla istehsal edəcək”, - deyə açıqlamada qeyd olunub.

Açıqlamada Samsunun MKE AŞ-nin yeni sərmayəsi ilə məşğulluq və ixracata diqqət yetirərək böyüyəcəyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Samsun   MKE-AŞ   Türkiyə  


Bizi "telegram"da izləyin