Konqoda kilsədə 70-dən çox qaçırılmış insanın meyiti aşkarlanıb

2025/02/1739677589.jpg
Oxunub: 526     03:02     16 Fevral 2025    
Konqo Demokratik Respublikasının (KDR) şərqində, Şimali Kivu əyalətinin Mayba kəndindəki kilsədə 70-dən çox başı kəsilmiş meyit aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin “Okapi” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, söhbət üç gün əvvəl Lubero rayonunda yaraqlılar tərəfindən qaçırılmış şəxslərdən gedir. Radiostansiyanın məlumatına görə, öldürülənlər arasında qadınlar, uşaqlar və yaşlı insanlar var.

Hakimiyyət orqanları qətllərdə “Demokratik Qüvvələr İttifaqı” (DQİ) ekstremist qruplaşmasının döyüşçülərinin əli olduğunu düşünür. Bu qruplaşma 1995-ci ildə Uqandada yaradılıb. 2003-cü ildə Uqanda silahlı qüvvələrinin zərbələri altında DQİ dəstələri geri çəkilərək KDR-in şərq bölgələrində gizləniblər və burada hərbi və mülki obyektlərə mütəmadi hücumlar edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Kilsə  


Bizi "telegram"da izləyin