İsrail ordusu Livanda “Hizbullah”ın komandirlərindən birini vurub

2025/02/1739646407.jpg
Oxunub: 1003     22:51     15 Fevral 2025    
İsrail ordusu ölkə ərazisinə pilotsuz təyyarələr buraxdığı üçün Livanın cənubunda “Hizbullah”ın hərbi hava qüvvələrinin komandirini vurub.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Əsas mövqedə olan terrorçu son bir neçə həftə ərzində İsrail və Livan arasındakı atəşkəs razılaşmasını dəfələrlə pozduqdan və pilotsuz təyyarələri İsrail ərazisinə göndərdikdən sonra hücuma məruz qalıb”, - deyə məlumatda bildirilir.

Terrorçunun vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin