G7 İranın Yaxın Şərqdəki nüvə fəaliyyətini pisləyir

2025/02/1739644221.jpg
Oxunub: 647     22:22     15 Fevral 2025    
Yeddilik Qrupu (G7) ölkələri İranın həm nüvə fəaliyyətləri, həm də Yaxın Şərq və Qırmızı dəniz regionunda siyasi təsiri ilə bağlı hərəkətlərini pisləməkdə davam edir.

Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə G7-nin xarici işlər nazirlərinin Münxendə keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə dərc olunmuş bəyanatda qeyd olunub.

Bildirilib ki, G7 üzvləri İranın sabitliyi pozan hərəkətlərini, o cümlədən mülki məqsədlər üçün istifadəsinə dair inandırıcı sübutlar olmadan uranın zənginləşdirilməsində sürətlə irəliləyişini, Yaxın Şərq və Qırmızı dənizdəki terror təşkilatlarına və silahlı qruplara dəstəyini birmənalı şəkildə pisləyiblər.

G7 xarici işlər nazirləri Tehranı ballistik raketlər və pilotsuz uçuş aparatları proqramlarını inkişaf etdirməkdə və insan haqlarını pozmaqda qınayırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   İran  


Bizi "telegram"da izləyin