Cibutinin xarici işlər naziri Afrika İttifaqına rəhbərlik edəcək

2025/02/1739640024.jpg
Oxunub: 456     21:15     15 Fevral 2025    
Cibutinin xarici işlər naziri Mahmud Əli Yusif Keniya və Madaqaskar nümayəndələrini qabaqlayaraq Afrika İttifaqı Komissiyasının yeni sədri olub.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İlyas Dauale “X” hesabında məlumat verib.

Yusif 2005-ci ildən Cibutinin xarici işlər naziri vəzifəsində çalışır. O, əvvəllər Cibutinin Misirdəki səfiri olub.

Qeyd edək ki, bundan əvvəl Afrika İttifaqı Komissiyasının sədri vəzifəsini səkkiz il Çad nümayəndəsi Musa Faki Mahamat icra edirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cibuti   Afrika-İttifaqı  


Bizi "telegram"da izləyin