İbrahim Kalın: "Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir"

2022/11/ibrah-1667394271.jpg
Oxunub: 439     20:16     15 Fevral 2025    
Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir.

Ordu.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Almaniyada Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.

O bildirib ki, belə bir vəziyyətdə Türkiyə kəşfiyyatı işini sürətlə davam etdirir: “Terrorla mübarizə, qanunsuz miqrasiya, kibertəhlükəsizlik kimi sahələrdə də işlərimizi davam etdiririk”.

İ. Kalın qeyd edib ki, həm Yaxın Şərqdə baş verən hadisələr, həm də Rusiya – Ukrayna müharibəsi Türkiyəyə birbaşa təsir edir: “Dünya iqtisadiyyatının nizama düşməsi üçün sülh vacibdir. Bu mənada Rusiya – Ukrayna savaşına danışıqlar yolu ilə son qoyulmalıdır”.

Türkiyə kəşfiyyatının başçısı həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyinə diqqət çəkib: “Regionda İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna icazə verilməməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İbrahim-Kalın   Türkiyə  


Bizi "telegram"da izləyin