G7 Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olacağına aydınlıq gətirib

2024/10/1729918167.jpg
Oxunub: 436     19:33     15 Fevral 2025    
Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın Ukraynada sülh danışıqlarında iştirak etmək istəyindən asılı olaraq yeni sanksiyaların tətbiqi məsələsini araşdırmaq niyyətindədir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə G7 üzv dövlətlərinin xarici işlər nazirlərinin bəyanatında deyilir.

“Fevraldan sonra hər hansı yeni, əlavə sanksiyalar Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatların tam dayandırılmasına yönəlmiş real vicdanlı səylər göstərib-göstərməməsindən asılı olacaq ki, bu da Ukraynanın suveren, müstəqil ölkə kimi uzunmüddətli təhlükəsizliyini və sabitliyini təmin edəcək”, – sənəddə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Rusiya  


Bizi "telegram"da izləyin