Danimarkanın Baş naziri: "NATO-ya üzvlük Ukraynanın əldə edə biləcəyi ən yaxşı şeydir"

2025/02/1739630159.jpg
Oxunub: 559     18:20     15 Fevral 2025    
NATO ölkələri Ukraynaya silah tədarük etmək vədlərini yerinə yetirməlidir.

Ordu.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.

"Mən bir neçə ildir ki, dəfələrlə demişəm: xahiş edirəm, Ukrayna üçün qırmızı xətləri aradan qaldırın. Bəzi müttəfiqlər buna qarşı olsalar da, Ukraynaya verilə biləcək ən yaxşı şey NATO-ya üzvlükdür. Əgər onlar NATO-nun üzvü olsaydılar, biz Ukraynada heç vaxt müharibə etməzdik", - o bildirib.

Frederiksen Ukraynaya silah tədarükünün vacibliyini də vurğulayıb: "Keçən il müttəfiqlər Vaşinqtonda Ukraynaya ən azı altı və ya yeddi hava hücumundan müdafiə sistemi verəcəklərini vəd ediblər. Hava hücumundan müdafiə olmadan ölkəni qoruya bilməzsiniz".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   NATO  


Bizi "telegram"da izləyin