Türkiyənin 39 vilayətində əməliyyat keçirilib: FETÖ-nün 103 üzvü saxlanılıb

2018/08/thumbs_b_c_f8adf8c81d08f101a47dd1befaa4e4a3_1533884718.jpg
Oxunub: 496     18:04     15 Fevral 2025    
Türkiyənin 39 vilayətində FETÖ ilə əlaqədə olmaqda şübhəli bilinən 103 nəfər saxlanılıb.

Ordu.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir qeyd edib ki, əməliyyat bir həftə ərzində həyata keçirilib.

Qeyd edək ki, Türkiyədə 2024-cü ilin əvvəlindən etibarən İŞİD, FETÖ və PKK-ya qarşı 51.000-dən çox əməliyyat keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   FETÖ  


Bizi "telegram"da izləyin