NATO Baş katibi: "Avropa və ABŞ Ukraynada davamlı nizamlanmaya nail olmağın zəruriliyi barədə həmfikirdir"

2025/02/1739423103.jpg
Oxunub: 442     17:38     15 Fevral 2025    
ABŞ və Avropa İttifaqı ölkələrinin rəhbərləri Ukrayna böhranının nizamlanmasının davamlı olması tezisi ilə razıdırlar.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"ABŞ və Avropada başa düşürlər ki, bu razılaşma (Ukrayna üzrə) davamlı, etibarlı olmalıdır", - Baş katib qeyd edib.

Bununla yanaşı, M.Rutte ehtimal edib ki, nizamlamadan sonra Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün kənardan yardıma ehtiyacı olacaq: "Düşünmürəm ki, Ukrayna özü müstəqil şəkildə özünə qayğı göstərə biləcək qədər güclü olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa   ABŞ  


Bizi "telegram"da izləyin