İsrail ordusu HƏMAS-la Qəzza razılaşmasının pozulması halında istənilən vəziyyətə hazırdır

2024/11/1732856593.jpg
Oxunub: 427     16:26     15 Fevral 2025    
İsrail Ordusu HƏMAS-ın Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesini pozmaq cəhdinə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İsrail Müdafiə Ordusu HƏMAS-ın razılaşmanı pozmaq və girovların azad edilməsinə mane olmaq cəhdlərinə qarşı istənilən ssenariyə hazırdır. ABŞ Prezidenti Donald Trampa bizi dəstəklədiyinə görə təşəkkür edirəm. İnsanların tezliklə İsrailə qayıtmasını təmin etmək üçün onunla birlikdə işləməyə davam edəcəyik", - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin