HƏMAS-dan sonra İsrail fələstinli məhbusları sərbəst buraxmağa başlayıb - YENİLƏNİB

2025/02/1739608981.jpg
Oxunub: 743     14:42     15 Fevral 2025    
HƏMAS-ın Qəzza bölgəsində atəşkəs rejimi haqda sazişi çərçivəsində 3 əsiri azad etməsindən sonra İsrail tərəfi fələstinli məhbusları tədricən sərbəst buraxmağa başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sərbəst buraxılmış fələstinli məhbusların ilk partiyasını daşıyan mikroavtobus Ramallahda böyük izdiham tərəfindən alqış sədaları ilə qarşılanıb.

Hər hansı insidentin yaranmaması üçün İsrail şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.
Qeyd edək ki, bu gün İsrail tərəfi razılaşmaya əsasən 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

***

HƏMAS tərəfindən Qəzza zolağında saxlanılan üç girov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.

Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hazırda azad edilmiş şəxslərin olduğu BQXK avtomobilləri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərini tərk edərək İsrail hərbçilərinin yerləşdiyi məntəqələrə doğru hərəkət edir.

İsrail Ordusu da Qəzzada azad edilən girovların BQXK-ya təhvil verildiyini və İsrail hərbçilərinə doğru yollandığını təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin