MKE IDEX-də 105 mm-lik “Boran”ı təqdim edəcək

2025/02/1739607331.jpg
Oxunub: 625     17:14     15 Fevral 2025    
Türkiyənin ən köklü müdafiə sənayesi şirkəti “Makine ve Kimya Endüstrisi” (MKE) fevralın 17-21-də Əbu-Dabidə keçiriləcək IDEX sərgisində silah və sursat istehsal imkanlarını, o cümlədən innovativ və qabaqcıl texnologiya məhsullarını nümayiş etdirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

MKE IDEX sərgisinə piyada silahları və yüngül silah sursatları istehsalı, müxtəlif diametr və çaplı ağır silah istehsalı, xüsusilə son dövrlərdə ixracatı ilə gündəmə gələn Havadan Daşına Bilən 105 mm-lik Yüngül Yedəkdə Daşınan Haubitsa “Boran” və ağır silah sursatı məhsulları daxil olmaqla, geniş çeşiddə məhsullarla iştirak edir.

Sərgi günlərində region ölkələri ilə həyata keçirilən layihələrə yeni layihələrin əlavə edilməsi və MKE-nin istehsal etdiyi bəzi məhsulların ixracı üçün imza mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   IDEX  


Bizi "telegram"da izləyin