Ordu.az xəbər verir ki, bu barədə NATO-nun yazılı açıqlamasında bildirilib.
Açıqlamaya görə, Müdafiə Nazirləri Toplantısının keçirildiyi Brüsseldəki qərargahda təşkil edilən imza mərasimində 15 müttəfiq ölkə 150 metrin altındakı “aşağı səviyyəli” hava təhdidlərinə qarşı “daha təsirli həll yolları hazırlamağı” öhdəsinə götürüb.
Sənədi imzalayan ölkələr arasında Türkiyə ilə yanaşı, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Latviya, Litva, Niderland, Norveç, Portuqaliya, Rumıniya, İspaniya və Böyük Britaniya da var.
Eyni 15 müttəfiqə əlavə olaraq, Çexiya da radarlar və peyklər kimi aktiv hava nəzarəti imkanları ilə aşkar edilə bilməyən təhdidləri müəyyən etmək üçün lazım olan "səs-küy"ün aşkarlanması kimi “passiv hava müşahidəsi” üzrə çoxmillətli təşəbbüs başladıb.
Sevinc Əliyeva
Ordu.az