SZ sammiti ABŞ və Britaniyanin digər ölkələrlə fikir ayrılıqları ilə yadda qalıb

2025/02/1739604005.jpg
Oxunub: 565     16:19     15 Fevral 2025    
Fevralın 10-11-də Parisdə Fransanın ev sahibliyi etdiyi beynəlxalq Süni Zəka Fəaliyyət Sammitində yekun bəyannaməni imzalamayaraq, sektorda həddindən artıq tənzimləmələrə qarşı çıxan ABŞ və Böyük Britaniya ilə digər ölkələr arasında fikir ayrılığı ön plana çıxıb.

Ordu.az xəbər verir ki, Parisdəki Böyük Sarayda 700-dən çox ölkənin nümayəndəsinin qatıldığı Süni Zəka Fəaliyyət Sammitinin yekun bəyannaməsini Fransa və Çin də daxil olmaqla, 61 ölkə imzalasa da, ABŞ və Britaniya bəyannaməni imzalamayıb.

Bəyannamə çərçivəsində 61 ölkə “açıq, əhatəli və etik” Süni Zəkanın (SZ) yaradılması ilə bağlı razılığa gəlib, Britaniya və ABŞ isə sektora gətiriləcək tənzimləmələr mövzusunda “əyləcə basıb”.

Sektorun aparıcı ölkələrindən biri olan ABŞ-nin vitse-prezidenti Cey Di Vens sammitdə çıxış edərək, SZ-ni hədəf alan qaydalara qarşı xəbərdarlıq edib.

“İnanırıq ki, tənzimləmələr cığır açan bu sektoru öldürə bilər”, - deyə o qeyd edib.

Hindistan və Fransanın həmsədrliyi ilə keçirilən sammitdə ölkələr SZ-nin əhatəli və əlçatan olmasının vacibliyini vurğulayıblar, Vens isə SZ-nin neytral olmamalı olduğunu və ABŞ-nin SZ modellərinin “avtoritar senzura”dan azad olduğunu müdafiə edib.

Vens bu açıqlamaları ilə Fransa prezidenti Emmanuel Makrona qarşı çıxıb. Makron çıxışında SZ-nin daha yaxşı inkişafı üçün daha çox tənzimləmənin zəruriliyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin