DEARSAN Gəmiqayırma Zavodu NAVDEX-də iştirak edəcək

2025/02/1739603650.jpg
Oxunub: 455     16:13     15 Fevral 2025    
Təxminən 45 ildir İstanbulda müasir gəmiqayırma zavodu kimi fəaliyyət göstərən DEARSAN fevralın 17-21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Dəniz Müdafiəsi və Dəniz Təhlükəsizliyi Sərgisində (NAVDEX) iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə DEARSAN-ın açıqlamasında bildirilib.

“DEARSAN Gəmiqayırma Zavodu NAVDEX 2025 sərgisində! DEARSAN Gəmiqayırma Zavodunun Əbu-Dabidəki NAVDEX sərgisində iştirak edəcəyini bildirməkdən məmnunuq! Hərbi gəmiqayırma sahəsində ən son yeniliklərimizi, qabaqcıl texnologiyalar və qabaqcıl dəniz platformalarının layihələndirilməsi və qurulması sahəsində təcrübəmizi nümayiş etdirərkən bizə qoşulun”, - deyə açqlamada qeyd edilib.

DEARSAN 4 gün davam edəcək tədbirdə beynəlxalq dəniz müdafiəsi və dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şirkətlərə və sənaye mütəxəssislərinə öz texnologiyalarını, mühəndislik həllərini təqdim edəcək.

NAVDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı (IDEX) ilə eyni vaxtda keçirilir.

2023-cü ildə IDEX ilə dəniz məsələlərini əhatə edən NAVDEX-də 50-dən çox Türkiyə şirkəti iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DEARSAN   NAVDEX  


Bizi "telegram"da izləyin