Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, daxili siyasi səbəb Ermənistan səlahiyyətlilərinin Avropaya inteqrasiya şüarları ilə hakimiyyətə gəlmələridir.
“Əgər onlar bu ideyadan əl çəksələr, onların bütün konsepsiyası çökəcək”, - deyə erməni politoloq qeyd edib.
Danielyan əlavə edib ki, Ermənistan səlahiyyətliləri Böyük Britaniya-Türkiyə-Azərbaycan vektoruna xidmət edirlər, onların başqa vektorları yoxdur, ona görə də onların siyasətinin əsas xarici benefisiarları Türkiyə və Britaniyadır.
Alpər Mövludoğlu
Ordu.az