ABŞ-nin vitse-prezidenti: "Vaşinqton Ukraynada bir neçə illik yox, uzunmüddətli sülhə nail olmağa çalışır"

2025/02/1739559941.jpg
Oxunub: 498     00:18     15 Fevral 2025    
Birləşmiş Ştatlar Ukraynada bir neçə illik yox, uzunmüddətli sülhə nail olmağa çalışır.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Vens Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra jurnalistlərə deyib.

“Biz müharibənin dayandırılmasını istəyirik. Lakin biz bir neçə ildən sonra yeni münaqişəyə səbəb olmayan, davamlı sülhə nail olmağa çalışırıq. Birlikdə buna necə nail ola biləcəyimizi müzakirə etdik. Və şübhəsiz ki, qarşıdakı günlərdə, həftələrdə, aylarda daha çox müzakirəmiz olacaq”, - ABŞ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, prosesə ABŞ dövlət katibi Mark Rubio və ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq cəlb olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin