Zelenski: "Ukrayna NATO-ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır"

2025/02/1739550859.jpg
Oxunub: 443     20:06     14 Fevral 2025    
Ukraynanı NATO-da görmək istəmirlərsə, bizim 1,5 milyon hərbçidən ibarət ordumuz olmalıdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“NATO-da deyiliksə və ya hazırda NATO-da deyiliksə, bizim konkret sayda hərbçidən ibarət, qorumağa qadir olan ordumuz olmalıdır. Mən sizə sadəcə rəqəmləri deyirəm. Bu, 1,5 milyon nəfərlik ordu olmalıdır”, - o deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu şəxsi heyət baxımından indi təxminən bunun yarısı qədərdir. O vurğulayıb ki, bunu nəzərə almaqla 1,5 milyonluq ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin