Böyük Britaniyanın Baş naziri Trampla ABŞ-yə planlaşdırılan səfərini müzakirə edib

2025/02/1739548980.jpg
Oxunub: 405     19:51     14 Fevral 2025    
Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dauninq-stritin məlumatında bildirilib.

"Baş nazir dünən axşam Dauninq-stritdə Prezident Trampın Böyük Britaniyadakı xüsusi elçisi Mark Bernetti qəbul etməkdən məmnun olub. Qəbul zamanı Starmer Prezident Trampın zəngini qəbul edərək ABŞ-yə qarşıdakı səfərini müzakirə edib", - məlumatda qeyd olunub.

Starmerin Vaşinqtona planlaşdırılan səfərinin dəqiq tarixləri açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Tramp  


Bizi "telegram"da izləyin