Tramp S-400 almasına baxmayaraq, Hindistana F-35 satacaq

2025/02/1739548831.jpg
Oxunub: 579     19:59     14 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiyadan S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemləri almasına baxmayaraq, Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) sanksiyalarından azad olan Hindistana F-35 satışının yolunu açacaqlarını bildirib.

Ordu.az xəbər verir ki, Tramp Ağ Evdə qəbul etdiyi Hindistanın Baş naziri Narendra Modi ilə birgə mətbuat konfransı keçirib.

İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı artıracaqlarını qeyd edən Tramp bildirib: “Bu ildən etibarən Hindistana hərbi satışlarımızı milyardlarla dollar artıracağıq və F-35 döyüş təyyarələrinin tədarükü üçün yol açacağıq”.

Hindistan daha əvvəl Rusiyadan S-400 HHM sistemi almasına baxmayaraq, ABŞ-də müvafiq sanksiya qanunu olan CAATSA sanksiyalarından azad edilmişdi.

ABŞ administrasiyası Hindistana Cənub-Şərqi Asiya regionunda Çini balanslaşdırmaqda mühüm element kimi baxdığını bildirərək, Hindistana CAATSA sanksiyaları tətbiq etməyib.

Vaşinqtonun bu addımı eyni sistemləri Rusiyadan aldığı üçün bu sanksiyalara məruz qalan Ankaranın qəzəbinə səbəb olub.

Hindistan 2018-ci ilin oktyabrında Rusiya ilə 5,8 milyard dollarlıq müqavilə əsasında Moskvadan S-400 HHM sistemləri alıb və ilk partiya 2021-ci ilin dekabrında təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hindistan   F-35  


Bizi "telegram"da izləyin