Şolts kansler postundan getdikdən sonra siyasəti tərk etmək niyyətindədir

2025/02/1738729700.jpg
Oxunub: 475     17:07     14 Fevral 2025    
Almaniya kansleri Olaf Şolts bu postdan getdikdən sonra siyasətdən uzaqlaşmaq niyyətində olduğunu bildirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Jung & Naiv” videopodkastında deyib.

"Mənim "A" planım kansler vəzifəsinə yenidən seçilməkdir. Lakin hesab edirəm ki, bu o demək deyil ki, bundan sonra nə isə baş verməlidir", - o qeyd edib.

Kansler izah edib ki, o, bu postdan sonra yenidən adi vətəndaş olmaq istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Almaniya  


Bizi "telegram"da izləyin