Ərdoğan: “Trampın Qəzza ilə bağlı seçkiqabağı vədlərini yerinə yetirməsini gözləyirik”

2024/12/1733847610.jpg
Oxunub: 362     16:28     14 Fevral 2025    
Türkiyə ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunda sülhlə bağlı verdiyi seçkiqabağı vədləri yerinə yetirməsini gözləyir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

"Biz cənab Trampın seçkilərdən əvvəl verdiyi vədi yerinə yetirməsini gözləyirik. O, yeni müharibəyə deyil, sülhün bərqərar olmasına kömək edəcək addımlar atmalıdır. Qəzzadakı vəziyyət həqiqətən çox həssas və mürəkkəbdir", - Ərdoğan bildirib.

O, həmçinin hesab edir ki, dünya ictimaiyyəti Türkiyənin Qəzzada atəşkəsə nail olmaq səylərini inkar etməməlidir. Ankara Fələstin məsələsinin ədalətli həllinin tərəfdarıdır ki, bu da yalnız əməkdaşlıq və beynəlxalq ictimaiyyətin konstruktiv mövqeyi ilə mümkündür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Tramp  


Bizi "telegram"da izləyin