Əfqanıstanın şimalında məsciddə partlayış baş verib

2024/11/1732355807.jpg
Oxunub: 332     16:14     14 Fevral 2025    
Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətinin inzibati mərkəzi olan Aybak şəhərində məsciddə partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstanın 1 TV News telekanalı yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, cümə namazı zamanı iki yerli sakin məscidə partlayıcı qurğu yerləşdirib. İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Partlayış  


Bizi "telegram"da izləyin