Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb

2025/02/1739452130.jpg
Oxunub: 510     16:50     13 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ötən gün keçirilən telefon danışıqlarını müsbət qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dünən Rusiya və Ukrayna ilə əla danışıqlar keçirildi. Bu, dəhşətli müharibəni bitirmək üçün yaxşı fürsətdir", - o qeyd edib.

Xatırladaq ki, fevralın 12-də D.Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin