Ordu.az xəbər verir ki, 2019-cu il fevralın 18-də Müdafiə Sənayesi Komitəsi ilə imzalanan müqavilə ilə Antalya Sərbəst Bölgəsində fəaliyyət göstərən ARES Gəmiqayırma Zavodunun həyata keçirdiyi sahil mühafizə qayıqlarının istehsalı layihəsi son mərhələyə çatıb.
Layihə çərçivəsində istehsalı nəzərdə tutulan 188 qayıqdan 170-dən çoxu tamamlanaraq təhvil verilib. Layihə bir neçə ay ərzində son yüklərin çatdırılması ilə tamamlanacaq.
İki daxili dizel mühərriki və su reaktivi ilə qabaqcıl karbonla gücləndirilmiş kompozitdən istifadə edilərək, vakuum infuziya texnologiyası ilə istehsal edilən qayıqlar nizamsız miqrasiya, qaçaqmalçılıqla mübarizə, axtarış-xilasetmə və dənizdə təhlükəsizlik əməliyyatlarında istifadə olunacaq.
12 metr uzunluğundakı ARES 35 FPB (“Fast Patrol Boat” - Sürətli Patrul Qayığı) maksimum 35 dəniz mili sürətinə və 160 dəniz mili mənzilə malikdir. “Türk Lloydu” norma və qaydalarına uyğun inşa edilən qayıqlar Türkiyənin bütün sahillərində fəaliyyət göstərir.
Sevinc Əliyeva
Ordu.az