Ordu.az xəbər verir ki, bu barədə “Janes” məlumat yayıb.
IDF-in mətbuat xidmətindən “Janes”ə verilən açıqlamada qeyd edilib: “Müharibədən əvvəl SPYDER sistemi mövcud resursların məhdudiyyətləri daxilində digər bloklama vasitəsilərinə üstünlük verildiyi üçün inteqrasiya olunmamışdı”.
Bildirilib ki, SPYDER sistemi İsrail Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qanadı üçün yeni konsepsiyanı təmsil edir.
İsrailin mövcud HHM sistemlərindən fərqli olaraq, SPYDER sabit bir yerdən idarə edilmək əvəzinə mobil olaraq istifadə edilə bilər.
Sevinc Əliyeva
Ordu.az