Tramp Ukrayna böhranını həll etməyi planlaşdırır

2025/02/1739127178.jpg
Oxunub: 418     22:52     09 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp Ukrayna böhranını həll etməyi və təhlükəsizlik zəmanətlərini Avropaya ötürməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat verib.

"Prezident Tramp bu münaqişəyə son qoymaq niyyətindədir və bundan sonra təhlükəsizlik zəmanətləri tamamilə avropalıların öhdəsinə buraxılacaq", - o NBC telekanalına müsahibəsi zamanı deyib.

O, həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna ilə təbii ehtiyatlar, o cümlədən nadir metallar, neft və qaz məsələləri ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin