Almaniyada sağçı qüvvələrə qarşı nümayişdə 200 mindən çox insan iştirak edir

2025/02/98989-1739042553.jpg
Oxunub: 516     23:19     08 Fevral 2025    
Münhendə (Bavariya federal əyaləti) 200 mindən çox insan sağçı partiyalara qarşı nümayişdə iştirak edir.

Ordu.az-ın məlumatına görə, bu barədə "DPA" agentliyi Almaniya polisinə istinadən xəbər verib.

Bir çox fəal əllərində “İrqçilik və nifrət alternativ deyil” sözləri yazılmış lövhələr tutub. Bəzi iştirakçılar sağçı “Almaniya üçün Alternativ” partiyasına qadağa qoyulmasını istəyiblər. Bildirilib ki, nümayiş dinc şəraitdə keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin