Paşinyan: “Axurik-Gümrü dəmir yolu xəttinin bərpası layihəsi üzrə hazırlıq işlərinə başlanılıb”

2026/06/1780910997.jpg
Oxunub: 304     13:24     08 İyun 2026    
“Axurik-Gümrü dəmir yolu hissəsinin bərpası ilə bağlı tender artıq elan olunub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı deyib.

Paşinyan bildirib ki, dəmir yolu infrastrukturunun inkişafı Ermənistan hökumətinin diqqət mərkəzində qalmaqda davam edir.

“Demək istəyirəm ki, biz ümumilikdə Ermənistanda dəmir yolu infrastrukturunu daha yaxşı vəziyyətə gətirmək istiqamətində işlər aparırıq”, - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, Axurik-Gümrü dəmir yolu hissəsinin bərpası layihəsi üzrə hazırlıq işlərinə artıq başlanılıb.

“Hazırda Axurik-Gümrü hissəsinin bərpası ilə bağlı tender elan olunub və layihə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək”, - deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri qeyd edib ki, dəmir yolu infrastrukturunun inkişafı istiqamətində işlər davamlı xarakter daşıyacaq.

Onun sözlərinə görə, hökumət gələcəkdə beynəlxalq tərəfdaşların iştirakı ilə yeni layihələrin həyata keçirilməsini də planlaşdırır.

“Biz gələcəkdə də dəmir yolu ilə bağlı, o cümlədən beynəlxalq tərəfdaşlarla birlikdə müəyyən proqramlar həyata keçirəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin