Ordu.az xəbər verir ki, bunu o, Ağ evdə Yaponiyanın Baş naziri Sigeru İşiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“USAID-ə baxsaq, bunların hamısı dələduzluqdur. Bu təşkilatın vəsaitlərinin çox az hissəsi yaxşı məqsədlərə xərclənir. Baxdığım büdcənin hər bir sətri ya korrupsiyadır, ya da gülünc bir şeydir”, – Tramp deyib.
ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə ABŞ dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti rəhbəri təyin edilib.
USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder-sahibkar İlon Maskın təşəbbüsü ilə qəbul edilib.
Ordu.az