Trüdo Trampın 51-ci ştatla bağlı çıxışını real təhlükə olaraq görür

2024/09/1727326607.jpg
Oxunub: 411     23:07     07 Fevral 2025    
Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Trampın Kanadanın Birləşmiş Ştatlara qoşulması ilə bağlı açıqlamalarını zarafat hesab etmir və bunu Kanadanın suverenliyinə real təhlükə kimi qəbul edir.

Ordu.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Telekanaldakı bir neçə mənbənin məlumatına görə, Trüdo bu barədə cümə günü Torontoda ABŞ və Kanada arasında iqtisadi əlaqələrə həsr olunmuş konfrans zamanı Kanada biznesi və siyasi strukturunun nümayəndələrinə özəl olaraq bildirib.

Trüdonun ofisi konfransı Trampın Kanadaya böyük rüsumlar tətbiq etmək təhdidləri qarşısında Vaşinqtonla işləmək məqsədilə strategiya hazırlamaq üçün təşkil edib.

Baş nazir qeyd edib ki, Trampın xüsusilə Kanada minerallarına ehtiyacı var.

Qeyd edək ki, Tramp bundan əvvəl bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasının tərəfdarı olduğu fikrini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trüdo   Tramp  


Bizi "telegram"da izləyin