Donald Tramp bəzi ölkələrdən gələn mallara rüsum tətbiq etməyi planlaşdırır

2025/02/1738859660.jpg
Oxunub: 442     22:19     07 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp gələn həftə bir sıra ölkələrdən idxal edilən mallara rüsumlar tətbiq edəcəyini gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Tramp Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü başlamazdan əvvəl jurnalistlərə tariflər tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Agentliyin məlumatına görə, Amerika lideri bir çox ölkələrə qarşı “qarşılıqlı rüsumlar” tətbiq etmək fikrindədir. Bununla belə, Reuters Trampın konkret olaraq hansı məhsulları və ölkələri nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Bundan əlavə, ABŞ prezidenti avtomobil idxalına gömrük rüsumlarının tətbiq edilməsinin mümkünlüyünü də vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin