Suriya ilə bağlı Paris konfransı XİN başçıları səviyyəsində keçiriləcək

2025/02/42244-1738846197.jpg
Oxunub: 379     20:44     07 Fevral 2025    
Suriya ilə bağlı fevralın 13-nə planlaşdırılan Paris konfransı xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristof Lemuan bildirib.

“Fevralın 13-də Parisdə baş tutacaq Suriya ilə bağlı konfrans nazirlər səviyyəsində keçiriləcək. Bu, İordaniya və Səudiyyə Ərəbistanında keçirilmiş əvvəlki konfranslarda da belə olub. Suriyanı xarici işlər naziri Əsəd Həsən əl-Şibani təmsil edəcək”, - o deyib.

K.Lemuanın sözlərinə görə, görüşdə nə dini, nə də etnik qruplar təmsil olunmayacaq:

“Suriya vətəndaş cəmiyyəti ilə müzakirələr əsas forumdan ayrı, Ərəb Dünyası İnstitutunda aparılacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris   XİN   Suriya  


Bizi "telegram"da izləyin