Almaniya ordusu ilk “Skyranger 30” HHM vasitəsini təhvil alıb

2025/02/1738905467.jpg
Oxunub: 521     16:47     08 Fevral 2025    
“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələrinə (Bundeswehr) ilk “Boxer Skyranger 30” hava hücumundan müdafiə vasitəsini təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Planlaşdırıldığı kimi 2025-ci ilin yanvar ayının sonuna qədər tamamlanan tədarük sistem tam istehsala başlamazdan əvvəl Almaniya Silahlı Qüvvələrinə qiymətləndirmə modeli təqdim edir.

İlkin istifadəçi təlimindən sonra “Bundeswehr” 2025-ci ilin yazında qəbul sınaqlarına başlayacaq.

2024-cü ilin fevralında imzalanan müqaviləyə yoxlama modeli və 18 istehsal vasitəsi daxildir, kütləvi tədarüklər əsasən 2027-ci ilə və 2028-ci ilin əvvəlinə planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Skyranger-30  


Bizi "telegram"da izləyin