Rusiya ilə Ukrayna arasında 150 nəfər hərbi əsirin mübadiləsi baş tutub

2022/06/1656516972.jpg
Oxunub: 496     17:59     05 Fevral 2025    
Rusiya ilə Ukrayna arasında baş tutan hərbi əsirlərin növbəti mübadiləsi çərçivəsində 150 nəfər qarşılıqlı şəkildə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hazırda Rusiya tərəfinə qaytarılan hərbçilər Belarus ərazisindədir və onlara zəruri tibbi-psixoloji yardım göstərilir.

“Proses Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub. Bütün hərbçilərin ailələri ilə əlaqəsinə şərait yaradılıb. Növbəti mərhələdə onlar Rusiyaya gətirilərək, Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrində müalicə və reabilitasiya proseslərinə cəlb olunacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin