Türkiyə XİN başçısı: "ABŞ-nin tezliklə Ukrayna ilə bağlı təşəbbüslərini gözləmək olar"

2024/07/1720975084.jpg
Oxunub: 385     14:38     05 Fevral 2025    
Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan iyuna qədər Ukraynada münaqişənin həlli ilə bağlı, o cümlədən ABŞ-dən müəyyən təşəbbüslərin olacağını gözləyir.

Ordu.az xəbər verir ki, o bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.

"Yaxın zamanda ABŞ tərəfindən təşəbbüsün olacağını gözləyə bilərik. Əlbəttə, Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşməlidir. Lakin bu görüş baş tutmazdan əvvəl, şübhəsiz ki, böyük iş görülməli, müəyyən prinsiplər əsasında ümumi razılaşma çərçivəsi hazırlanmalıdır. Tərəflərin ciddi konsensusa ehtiyacı olacaq", - H.Fidan bildirib.

O qeyd edib ki, tərəflər hələ görüşlərin keçirilməsi mərhələsinə gəlib çatmayıblar: "Düşünürəm ki, yay aylarına qədər vəziyyət aydınlaşacaq. Aydınlıq iyuna qədər yaranacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin