Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib

2025/01/1736844719.jpg
Oxunub: 386     14:17     05 Fevral 2025    
Kreml Tramp administrasiyası ilə təmasları təsdiqləyib.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin yeni prezident administrasiyası ilə Kreml arasında təmaslarla bağlı suala cavab verib.

“Bunlar barədə ancaq bunu deyə bilərəm: ayrı-ayrı qurumlarımız arasında təmaslar həqiqətən mövcuddur. Onlar son vaxtlar güclənib. Başqa təfərrüat verə bilmərəm”, - deyə Kremlin sözçüsü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Tramp  


Bizi "telegram"da izləyin