Peskov Trampın Qəzza ilə bağlı açıqlamalarına münasibət bildirib

2024/11/1730800466.jpg
Oxunub: 473     14:07     05 Fevral 2025    
Kreml ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarına münasibət bildirib.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Trampın Qəzza sakinlərinin köçürülməsi və orada kurort yaradılması təklifini eşitdiyini söyləyib.

Onun sözlərinə görə, Rusiyanın Yaxın Şərq nizamlanması ilə bağlı mövqeyi yaxşı məlumdur.
“Nizamlanma yalnız iki dövlət əsasında baş tuta bilər. Bu, BMT-də təsbit edilmiş və bu problemlə məşğul olan ölkələrin əksəriyyəti tərəfindən dəstəklənən tezisdir. Biz bu mövqedən çıxış edirik və bunun yeganə mümkün variant olduğuna inanırıq. Köçürmə mövzusuna gəlincə, bəli, biz Trampın açıqlamalarını eşitmişik. İordaniyanın paytaxtı Omandan, Misirin paytaxtı Qahirədən belə bir ideyanın rədd edilməsi bəyanatlarını da eşitmişik və görmüşük. Hələlik biz Yaxın Şərqdə baş verənlərə belə baxırıq”, deyə Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Tramp   Qəzza  


Bizi "telegram"da izləyin