Ordu.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi İzzət əl-Rişkanın HƏMAS-ın rəsmi teleqram kanalında dərc edilmiş bəyanatında deyilir.
"Biz ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsindəki bizim Fələstin xalqımızı bərpa bəhanəsi ilə öz vətənini tərk etməyə çağıran bəyanatını rədd edirik", – mətndə qeyd olunur.
Daha əvvəl Reuters agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən bildirmişdi ki, Tramp Qəzzanı "sökülmə yeri" kimi görür və "insanları yaşamaq üçün yararsız torpaqda yaşamağa məcbur etməyi qeyri-insani" hesab edir. ABŞ Prezidentinin qiymətləndirməsinə görə, Qəzzanın bərpası 10-15 il çəkəcək.
Ordu.az