Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb

2025/02/1738728934.jpg
Oxunub: 377     00:29     05 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat qrupuna istinadən məlumat yayıb.

İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdən tez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

"Ümid edirik ki, bundan çox tez-tez istifadə etməli olmayacağıq", – Tramp yeni sənəd haqqında söyləyib.

Daha əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   ABŞ  


Bizi "telegram"da izləyin