Türkiyə Suriyanın bərpasına dəstək verməyə hazırdır

2025/02/1738694830.jpg
Oxunub: 784     23:12     04 Fevral 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında Ankarada keçirilən görüş başa çatıb. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

Ordu.az xəbər verir ki, Prezident Ərdoğan bildirib ki, indiki məqamda ərəb və islam dünyası Suriyanın yeni iqtidarına və xalqına həm maddi, həm də mənəvi dəstək göstərməlidir:

“Bu, çox vacibdir. Suriyalı qardaşlarımızın öz ölkələrini bərpa edə biləcəklərinə heç bir şübhəm yoxdur.”

O əlavə edib ki, Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilir:
“Suriyanın xarabaya çevrilmiş şəhərlərinin bərpasında dəstək verməyə hazırıq. Suriya iqtisadi cəhətdən dirçəldikcə, suriyalıların könüllü şəkildə öz vətənlərinə qayıdışı da sürətlənəcək.”

Ərdoğan vurğulayıb ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək göstərməyə hazırdır.

Öz növbəsində, Əhməd Əş-Şaara 1967-ci il sərhədlərinin bərpasının vacibliyini qeyd edərək bildirib ki, Suriya Türkiyə ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin