Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub

2025/02/f4e20-1738681176.jpg
Oxunub: 499     18:02     04 Fevral 2025    
Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əl-Şaar yeni hakimiyyətə təslim olub.

Ordu.az-ın məlumatına görə, bu barədə "Al Arabiya" məlumat yayıb.

Məlumata görə, keçmiş DİN rəhbəri güc strukturları ilə könüllü əlaqə qurub.

O, 2011-2018-ci illərdə nazir vəzifəsində çalışıb. Bundan əvvəl hərbi polisin rəhbəri olub.

KİV-in məlumatına görə, o, 2008-ci ildə Sednaya həbsxanasında üsyanın yatırılmasında ittiham olunur, nəticədə 20-dən çox məhbus öldürülüb.

2011-ci ilin ortalarından əl-Şaar Qərb sanksiyaları altındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Nazir  


Bizi "telegram"da izləyin