Kreml Trampın nadir torpaq resurslarına çıxış müqabilində Ukraynaya kömək təklifinə münasibət bildirib

2022/09/1664530310.jpg
Oxunub: 429     13:29     04 Fevral 2025    
Kreml ABŞ prezidenti Donald Trampın nadir torpaq resurslarına çıxış müqabilində Ukraynaya kömək təklifinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu
“yardımın alınması” adlandırıb.

"Əgər şeyləri öz adları ilə desək, bu, yardımı almaq təklifidir. Onu pulsuz əsasda davam etmirlər, amma kommersiya əsasında edirlər. Yaxşısı əlbəttə ki, heç yardım göstərməmək və bununla da bu münaqişənin sona çatmasına töhfə vermək olardı", deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Tramp Ukraynaya yardımların davam edəcəyini açıqlayıb. O, ölkəsinin bunun qarşılığında Ukraynadakı nadir torpaq resurslarına çıxış əldə edəcəklərini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Tramp  


Bizi "telegram"da izləyin