Ordu.az xəbər verir ki, Fransada istehsal olunan “SonoFlash” hidroakustik şamandırası Fransanın sualtı qayıqlara qarşı mübarizə (ASW) sahəsində strateji və bacarıq məqsədlərini gücləndirmək üçün nəzərdə tutulub.
“Thales”in açıqlamasına görə, ATL2 kimi dəniz patrul təyyarəsində və ya NH90 kimi helikopterdə yerləşdirilən “SonoFlash” hidroakustik şamandırası sualtı qayıqların aşkar edilməsində rol oynayır.
Bundan əlavə, sistem “Flash” daldırma sonarı və CAPTAS ailəsinin sonarları ilə işləyə bilər.
Sevinc Əliyeva
Ordu.az