Ərdoğanın Suriyaya səfəri gözlənilir

2025/02/1738648455.jpg
Oxunub: 519     09:53     04 Fevral 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya rəsmi səfəri edəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə hökumətə yaxın "Türkiyə" nəşri məlumat yayıb.

Qeyd olunur ki, səfər Ramazan ayına qədər baş tutacaq.

Mənbə yazır ki, R.T.Ərdoğanla keçid dövründə Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaraa ilə görüşdə əsasən ölkənin bərpası və terrorla mübarizə məsələləri müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Suriya  


Bizi "telegram"da izləyin