Tramp ABŞ və müttəfiqlərinin Ukraynaya yardımı bərabərləşdirməsini istəyir

2025/02/1738646772.jpg
Oxunub: 675     05:23     04 Fevral 2025    
Vaşinqton ABŞ və onun Şimali Atlantika Alyansındakı müttəfiqlərinin Kiyevə yardımın həcmini bərabərləşdirməsini təmin etməyə çalışır.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

O, Vaşinqtonun NATO-dakı müttəfiqlərini nəzərdə tutaraq bunları deyib: "Rusiya və Ukrayna ilə problemlərimizdən biri də ondan ibarətdir ki, biz müəyyən qədər bərabərləşmə görmək istəyirik. Çünki biz təxminən 300 milyard dollar yatırmışıq, onlar isə 200 milyard dollar az vəsait yatırıblar. Niyə daha az pul qoydular? Çünki Bayden heç vaxt onlardan pul istəməyib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin