Trüdo: ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandırır

2025/02/1738646296.jpg
Oxunub: 643     02:34     04 Fevral 2025    
ABŞ Kanadaya qarşı rüsumların tətbiqini 30 gün müddətinə dayandıracaq.

Ordu.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo "X"də yazıb.

"Təklif olunan tariflərin tətbiqi ən azı 30 gün müddətinə dayandırılacaq", - Trüdo qeyd edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində qanunsuz miqrasiya və narkotik ticarətinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Meksika ilə sərhədə 10 min hərbçinin yerləşdirilməsinə razılıq müqabilində həmin ölkənin mallarına tətbiq edilən rüsumların bir ay müddətinə dayandırıldığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kanada  


Bizi "telegram"da izləyin