Tramp administrasiyası Konqresdən İsrailə silah satışını təsdiqləməyi xahiş edib

2025/02/1738645957.jpg
Oxunub: 296     00:38     04 Fevral 2025    
ABŞ prezidenti Donald Trampın administrasiyası Konqresdən İsrailə təxminən 1 milyard dollar dəyərində yeni silah və hərbi texnika tədarükünü təsdiqləməyi xahiş edib.

Ordu.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” məlumat yayıb.

Sövdələşməyə dəyəri 700 milyon dollardan çox olan 450 kiloqramlıq 4700 ədəd bomba, həmçinin dəyəri 300 milyon dollardan çox olan “Caterpillar” zirehli buldozerlərinin satışı daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Konqres  


Bizi "telegram"da izləyin