Putinin sözçüsü: "Rusiya Tartus bazasının taleyi ilə bağlı Suriya ilə danışıqları davam etdirəcək"

2025/01/1736846963.jpg
Oxunub: 2514     14:35     03 Fevral 2025    
Rusiya Suriya ilə bir çox məsələlərlə yanaşı, Tartusdakı bazanın taleyi ilə bağlı danışıqları davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya nümayəndə heyətinin bir müddət əvvəl Suriyanın yeni hakimiyyəti ilə təmaslar həyata keçirdiyini xatırladıb: "Nümayəndə heyətimiz bu yaxınlarda Dəməşqdə danışıqlar aparıb. Bütün məsələlər üzrə təmasların davam etdirilməsi razılaşdırılıb. Müzakirə ediləcək çoxlu məsələlər var. Biz bütün mövzular, o cümlədən Rusiyanın Tartusdakı bazasının taleyi haqqında dialoqu davam etdirəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tartus   Suriya  


Bizi "telegram"da izləyin